İftardan sonra bunu çox etməyin - İnfarkt riskini artırır

iftardan-sonra-bunu-cox-etmeyin
Oxunma sayı: 1900

Ramazan ayında oruc tutanların bir çoxu iftardan sonra dərhal bir neçə siqaret çəkir.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, oruc tutan zaman gün ərzində orqanizmdə nikotin əskikliyi olur və buna görə də insanlar iftardan sonra siqaretə “hücum” edirlər.

Eyni vəziyyət imsaka qədər davam etdiyində orqanizm yüksək miqdarda nikotin təsirinə məruz qalmış olur. Bu isə təzyiqin yüksəlməsinə, ürəkbulanmasına, baş gicəllənməsinə, mədədə turşuluğun artmasına səbəb olur, ən qorxulusu isə infarkt və beyin qanamasına da gətirib çıxara bilir.

Qeyd edək ki, dünyada hər il 4 milyona yaxın insan siqaretin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişir.