İftarınızı “Cümə” məscidində açın

iftarinizi-cume-mescidinde-acin
Oxunma sayı: 719

“Qafqazinfo”ya məsciddən verilən məlumata görə, islamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayının başlaması ilə bağlı bu il də İçəri şəhər «Cümə» məscidində böyük hazırlıq işləri aparılıb.

Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonundakı İçəri şəhər «Cümə» məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirib ki, «Cümə» məscidinin dövlət tərəfindən əsaslı təmir olunaraq istifadəyə verildikdən sonra məsciddə Ramazan ayı tədbirləri daha geniş şəkildə keçirilir. Ramazana ərəfəsində bir sıra hazırlıq işləri aparılımış, iftar süfrələrinin təşkili, imkansız qardaş və bacılarımızın bura dəvət olunması ilə bağlı tədarük görülüb.

Müsəlmanların orucluğun vacib əməllərindən olan fitrə və zəkatın vaxtında ödəməsi və bununla da imkansızlara dayaq olması, onlara bayram sevinci yaşatması vacibdir. Artıq bir neçə ildir ki, icma üzvlərimizin köməyi ilə ramazan ayı ərzində hər gün məsciddə iftar süfrələri təşkil olunur və bu süfrələrin digər yerlərdə də təşkilinə köməklik göstərilir.