İğtişaşlar davam edir, mədənçilər ağızlarını tikdi - Video

İğtişaşlar davam edir, mədənçilər ağızlarını tikdi
Oxunma sayı: 832

Gürcüstanın Çiatura şəhərində artıq 10 gündür mədən işçilərinin iğtişaşları davam edir.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, onların bir qismi əmək haqqlarının qaldırılması və tibbi sığorta şərtlərinin yaxşılaşdırılması tələbi ilə səkkiz gündür şəhər mərkəzində aclıq aksiyası keçirir.

Etirazçılar bir neçə tələb irəli sürüb: “Georgian Manganese” kompaniyası mədənçilərinin əmək haqqlarını 50 faiz artırmaq, işçilərin və onların ailə üzvlərinin tibbi sığorta şərtlərinin yaxşılaşdırılması, bütün aksiya fəallarını iğtişaş zamanı və sonrası təzyiqlərdən qorumaq, Çiatura şəhərində ağır tonajlı yük maşınlarının hərəkətinə qadağa qoymaq.

“İnterpessNyus”un məlumatına görə, üç mədən işçisi tələblərinin yerinə yetirilməsi üçün administrasiyaya verdiyi vaxtın bitməsindən sonra ağızlarını tikib.

“Georgian Manganese” kompaniyasının maliyyə direktoru Merab Lominadze “Birinci kanal”a açıqlamasında bildirib ki, əgər etirazçılar iş başına dönsə, şirkət onların əmək haqqlarını mərhələli şəkildə artıracaq. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi