İğtişaşlar zamanı daha bir nəfər öldürülüb

igtisaslar-zamani-daha-bir-nefer-oldurulub
Oxunma sayı: 633

Venesuelada prezident Nikolas Maduro əleyhinə aksiyalar davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nacional portalı məlumat yayıb.

İnsident paytaxt Karakasda qeydə alınıb. Aksiyalar zamanı 22 yaşlı Daniel Xose Valeniel milli qvradiyanın açdığı atəş nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, apreldən başlayan aksiyalarda ölənlərin ümumi sayı 75 nəfərə çatıb. 1000-dən çox etirazçı isə xəsarət alıb.