İğtişaşlar zamanı daha iki nəfər həlak olub

igtisaslar-zamani-daha-iki-nefer-helak-olub
Oxunma sayı: 758

Venesuelada prezident Nikolas Maduro əleyhinə aksiyalar davam edir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Milli Assambleyanın deputatı Miqel Pisarro bildirib.

Onun sözlərinə görə, Barinas ştatında baş verən son iğtişaşlar zamanı daha iki etirazçı ölüb.

Bununla da apreldən başlayan etiraz aksiyalarında ölənlərin ümumi sayı isə 50 nəfərə çatıb.