İğtişaşlarda öldürülənlərin sayı 55-ə çatıb

igtisaslarda-oldurulenlerin-sayi-55-e-catib
Oxunma sayı: 650

Venesuelada prezident Nikolas Maduro əleyhinə aksiyalar davam edir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Universal portalı məlumat yayıb.

Portalın yaydığı məlumata görə, təkcə bazar ertəsi günü 7 nəfər öldürülüb. Ölüm hadisələrinin 6-sı Barinas ştatında, 1-i isə paytaxt Karakasda qeydə alınıb. Ölənlərin hamısı güllə yarasından dünyasını dəyişib.

Bununla da apreldən başlayan etiraz aksiyalarında ölənlərin ümumi sayı isə 55 nəfərə çatıb. Venesuela Prokurorluğu ölüm hadisələrini araşdırmaq üçün xüsusi prokurorlar təyin edib.