İğtişaşlarda ölənlərin sayı 29-a çatıb

igtisaslarda-olenlerin-sayi-29-a-catib
Oxunma sayı: 635

Venesuelada prezident Nikolas Maduro əleyhinə keçirilən aksiyalar davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Ötən gün Karakasdakı aksiya zamanı daha 1 nəfər ölüb. Bununlada aksiyalar zamanı ölənlərin sayı 29-a çatıb.

Qeyd edək ki, iğtişaşlara səbəb Venesuela prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin arasında yaranan gərginlik olub. Belə ki, martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, müxalifətçilər Ali Məhkəmə üzvlərinin istefasını tələb edirlər.