II qrupun cavabları açıqlandı

ii-qrupun-cavablari-aciqlandi
Oxunma sayı: 644

“Qafqazinfo”nun TQDK-nın saytına istinadən məlumatına görə, hər iki bölmə (Azərbaycan və rus) üzrə imtahanın düzgün cavabları TQDK rəsmi saytında yerləşdirilib.

2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə dünən keçirilən qəbul imtahanında iştirak üçün 22 867 abituriyent ərizə təqdim etmişdi.

II ixtisas qrupu üzrə sənəd verənlərin 20 177 nəfəri Azərbaycan bölməsinin, 2690 nəfəri isə rus bölməsinin məzunudur.

Abituriyentlərin 14 611 nəfərini oğlanlar, 8256 nəfərini isə qızlar təşkil edir.

Qeyd edək ki, TQDK dünənki imtahanda 550 abituriyentin iştirak etmədiyini, imtahanda qayda pozuntularına görə, 19 abituriyentin də qovulduğunu açıqlayıb.