III qrup abituriyentlərinə “Buraxılış vərəqəsi” verilir

iii-qrup-abituriyentlerine-buraxilis-vereqesi-verilir
Oxunma sayı: 640

Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2012/2013-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün keçirilən imtahana (3-cü qrup) buraxılış vərəqəsinin çap edilməsi üçün abituriyentlər TQDK-nın saytına daxil olmalıdırlar.

Abituriyentlər "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni əldə etmədən qəbul imtahanlarında iştirak edə bilməzlər.
Qeyd edək ki, 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 106 130 abituriyent internetlə "Elektron ərizə "doldurub. Onların 101 432 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib.

Bu il ali məktəblərə ilk qəbul imtahanı III ixtisas qrupu üzrə iyulun 14-də olacaq. İyulun 20-də I, iyulun 27-də IV, avqustun 3-də isə II ixtisas qrupu üzrə imtahan keçiriləcək.