İki 20 Yanvar faciəsi eyni gündə anıldı - Fotolar

iki-20-yanvar-faciesi-eyni-gunde-anildi
Oxunma sayı: 2189

Azərbaycanın Latviyadakı səfirliyi və Riqada yerləşən Barrikada Muzeyinin birgə təşkilatçılığı ilə 1990-cı ildə Bakıda və 1991-ci ildə Riqa şəhərində törədilmiş 20 Yanvar faciələrinin birgə anım tədbiri keçirilib.

Səfirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, tədbir hər iki ölkədə eyni gündə baş verən faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Latviya ictimaiyyəti, hökumət nümaayəndələri və Azərbaycan icmasının tanınmış şəxslərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Riqada, sonra Bakıda törədilmiş 20 Yanvar faciəsinə aid sənədli film nümayiş etdirilib.