İki aviaşirkət Bakıya uçuşlar barədə saziş imzalayıb

iki-aviasirket-bakiya-ucuslar-barede-sazis-imzalayib
Oxunma sayı: 1972

Yaponiyanın “Japan Airlines” aviaşirkəti “Qatar Airways” aviaşirkəti ilə Bakıya uçuşlar üçün kod-şerinq barədə razılıq əldə edib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, kod-şerinq Dohadan Bakıya, eləcə də İstanbul, Ankara, Nayrobi, Amman və digər şəhərlərə uçuşlar üçün tətbiq olunacaq.

Bildirilir ki, saziş 2018-ci ilin aprerlin 1-dən qüvvəyə minəcək.