İki ay əvvəl evlənən kralla model boşanır - Taxtından imtina etmişdi

iki-ay-evvel-evlenen-kralla-model-bosanir
Oxunma sayı: 2320

Ötən ilin noyabrın 22-də dəbdəbəli mərasimlə evlənən Malayziya kralı Məhəmmədlə “Moskva gözəli -2015” qalibi Oksana Voevodinanın boşanması xəbəri yayılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nikaha daxil olmaq üçün 25 yaşlı model dinini dəyişərək müsəlman olmuş, 49 yaşlı kral isə taxtından imtina etmişdi. 

Artıq boşanma üçün cütlüyün nümayəndələri bütün lazımi sənədləri hazırlayırlar. Onlara yaxın mənbələrin məlumatına görə isə Voevodina hamilədir. 

Cütlük yayılan xəbərlərə heç bir şərh verməyib.