İki ay ondan danışmayacaqlar - Məhkəmə qərarı

iki-ay-ondan-danismayacaqlar
Oxunma sayı: 2588

Mustafa Sandalın ayrıldığı müğənni xanımı Əminə Jahoviç məhkəməyə müraciət edib.  “Qafqazinfo” xəbər verir ki, ifaçı “Söylemezsem olmaz” maqazin proqramının şərhçiləri- Ece Erken və Bircan Balidən şikayətçidir. 

Buna səbəb aparıcıların Əminənin iş adamı Saadettin Saranla oteldə istirahət etməsi barədə xəbəri səsləndirməsidir. Məhkəmə də Əminənin lehinə qərar çıxardaraq Ece və Bircanın iki ay ərzində müğənnidən danışmağı qadağan edib. 

Qeyd edək ki, Ece Erken və Bircan Bali proqramın 10 oktyabr buraxılışında müğənninin iş adamı ilə Assos ərazisindəki oteldə dincəldiyini, otaqda çox səs-küy saldıqları üçün vətəndaşlar tərəfindən şikayət olunduqlarını bildirmişdi.