İki ayda doqquz erməni əsgəri ölüb - Qarabağda

iki-ayda-doqquz-ermeni-esgeri-olub
Oxunma sayı: 1078

İl başlayandan fevralın 22-dək Ermənistan Silahlı Qüvvələrinin 9 hərbçisi Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağda ölüb.

“Qafqazinfo” teleqraf.com-a istinadən bildirir ki, bu haqda məlumatı Ermənistan KİV-i yayıb. Xəbərdə əsgələrin naməlum şəraidə öldüyü bildirilir.

Qeyd edək ki, fevralın 22-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin daha bir əsgəri, 1998-ci il təvəllüdlü Qrigor Yeqoyan müəmmalı şəkildə ölüb.