İki azərbaycanlı bacı uşaqlarını da götürüb Suriyaya getdi

iki-azerbaycanli-baci-usaqlarini-da-goturub-suriyaya-getdi
Oxunma sayı: 3319


Suriyaya əvvəlcə Könül Hacıyeva həyat yoldaşı Taleh Hacıyevlə birgə gedib. Onlar gedərkən övladları 2 yaşlı Seyid və 2 aylıq Xalidi də aparıblar. Daha sonra Könül bacısına zəng edərək Suriyaya gəlməsini məsləhət görüb. Bu zəngdən sonra Çiçək Bəybalayeva 15 yaşlı oğlu Nurlan və 13 yaşlı qızı Ayna ilə birlikdə Türkiyə üzərindən Suriyaya yollanıb. Hazırda hər iki bacı ailələri ilə birlikdə Hələbdədirlər. Bir neçə gün əvvəl Çiçək Bəybalayeva atasına zəng edərək Hələbdə olduğunu deyib.