İki çərşənbəmiz fevrala düşəcək

iki-cersenbemiz-fevrala-dusecek-
Oxunma sayı: 661

“Qafqazinfo”nun məlumatına görə, adətən birinci çərşənbə - su çərşənbəsi fevral ayının son çərşənbəsinə düşürdü. Amma bu il fevral ayının 29 gün olması və Novruz bayramının (martın 20-i) çərşənbə gününə düşməsi həm su çərşənbəsinin (21 fevral), həm də od çərşənbəsinin (28 fevral) qışın son ayında qeyd olunmasına səbəb olacaq. Bayramdan bir həftə əvvəl, martın 13-də isə ilaxır çərşənbədir.

Qeyd edək ki, bu il bahar Azərbaycana martın 20-si Bakı vaxtı ilə təxminən saat 09:14 radələrində qədəm qoyacaq. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, akademiyanın müxbir üzvü Əyyub Quliyevin sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək.

Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

Nigar Məmmədli