“İki daxili orqanımı itirmişəm” - Gümüş medalçımız

iki-daxili-orqanimi-itirmisem
Oxunma sayı: 1989

Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarında gümüş medal qazanan samboçu Ağasif Səmədov çıxışını dəyərləndirib.

“Qafqazinfo” xəbər verir ki, təmsilçimiz sağlamlığının qaydasında olmadığını bildirib:

“Karyeram ərzində iki daxili orqanımı itirmişəm. Beş dəfə əməliyyat olunmuşam. Sağlamlığım tam qaydasında deyil. Əlimdən gələni etdim. Var gücüm buna çatdı. İstəyimi tam yerinə yetirə bilməsəm də, bayrağımız ucaldı. İdmanın sonsuz zəhmətinə dəyər verən hər kəsə təşəkkür edirəm”.