İki dəfə xərçəngə qalib gələn amerikalı 5 milyona yaxın pul uddu

iki-defe-xercenge-qalib-gelen-amerikali-5-milyona-yaxin-pul-uddu
Oxunma sayı: 1299

ABŞ-ın Oreqon ştatında iki dəfə xərçəng xəstəliyinə qalib gələn amerikalı lotereyada 4,6 milyon dollar məbləğində pul udub.  “Qafqazinfo”nun məlumatına görə, bu barədə “KTVZ.com” saytı yazıb.

Kişi hər həftə bir bilet alıb. Amerikalının sözlərinə görə, cek-potu qazandığı gün həyat yoldaşı ona uğur diləməyi unudub.

“Mən çox şanslıyam. İki dəfə xərçəngə qalib gəldim, indi də bu. Bu, inanılmazdır”, - ABŞ sakini danışıb.