İki dost ona görə düşmən oldu - Fotolar

iki-dost-ona-gore-dusmen-oldu
Oxunma sayı: 2440

Müğənni İrem Derici şəxsi həyatı ilə yenidən gündəmə gəlib.  “Qafqazinfo” xəbər verir ki, sənətçinin yeni sevgilisi Genco Eserin bir müddət bundan əvvəl eşq yaşadığı aktyor-model Barış Murat Yağçının yaxın dostu olduğu ortaya çıxıb. 

Artıq eyni prodakşında çalışan Barışla Genco dostluq münasibətlərinə son qoyublar. Onlar arasında gərginlik ilk dəfə virtual aləmdə baş verib.  Belə ki, Barış İremlə Genconun sevgili xəbərlərindən sonra onu instaqramda izləmə siyahısından çıxarıb. G. Eser də modeli öz “follow”ları sırasında görmək istəməyib.