İki erməni hərbçi Azərbaycan tərəfinə keçdi

iki-ermeni-herbci-azerbaycan-terefine-kecdi
Oxunma sayı: 2511

 

Avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin iki hərbçisi qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib. 

APA-nın Qarabağ bürosunun məlumatına görə, Azərbaycan hərbçiləri onlardan birini saxlayıb, digəri isə qaçmağa cəhd edərkən neytral zonada minaya düşüb. 

Onun sağ olub-olmaması barədə dəqiq məlumat yoxdur.

 Erməni hərbçilərin təmas xəttini hansı məqsədlə keçdikləri də hələlik məlum deyil. Faktla bağlı dəqiqləşmələr aparılır.

 Hadisəyə rəsmi qurumlardan münasibət öyrənmək hələlik mümkün olmayıb.