İki əsgərimiz təlim zamanı yaralandı

iki-esgerimiz-telim-zamani-yaralandi
Oxunma sayı: 1288


"Qafqazinfo"ya nazirlikdən daxil olan məlumata görə, mayın 2-də saat 19:00 radələrində cəbhə bölgəsində yerləşən təlim mərkəzində 2 hərbi qulluqçu - əsgər Əhlimanlı Mahir Ərşad oğlu və əsgər Əliyev Pərviz Həsən oğlu təlim zamanı yüngül xəsarət alıb.

Hərbi qulluqçulara dərhal müvafiq tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.