İki gün hava isti olacaq - Xəbərdarlıq

iki-gun-hava-isti-olacaq
Oxunma sayı: 633

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, Bakıda və Abşeron yarımadasında iyulun  28-29-da  havanın maksimal temperaturunun 34-39 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 28-dən  ayın sonunadək  hava şəraitinin isti olacağı gözlənilir. Havanın maksimal temperaturu  35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacaq. Qərb küləyi əsəcək, iyulun 29-u gündüzdən  iyulun 31-dək  ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.