İki gün sonra tam Ay tutulması olacaq

İki gün sonra tam Ay tutulması olacaq
Oxunma sayı: 1215

31 yanvarda nadir təbiət hadisələrindən olan tam Ay tutulması baş verəcək.

“Qafqazinfo” xəbər verir ki, hadisəni Şimali Amerika, Şimali Avropa və Asiyanın bir çox ölkəsində izləmək mümkün olacaq.

Prosesin bir neçə saat davam edəcəyi gözlənilir.

Sonuncu dəfə tam Ay tutulması 132 il öncə - 1886-cı ildə qeydə alınıb.

Qeyd edək ki, bu il 3 dəfə Günəş, 2 dəfə Ay olmaqla, ümumilikdə 5 dəfə tutulma hadisəsi olacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi