İki gündür işıq yoxdur

iki-gundur-isiq-yoxdur
Oxunma sayı: 646

“Qafqazinfo”ya müraciət edən kənd sakinləri bildiriblər ki, həmin bu ərazilərdə qaz da olmadığından onlar yalnız elektrik enerjisindən istifadə edirlər. İşığın iki gündür yanmaması sakinlərin etirazına səbəb olub.

Sakinlər bildiriblər ki, vilayətin əhalisi 6000 nəfərə qədərdir və 3 orta ümumtəhsil məktəbi var: “ İki gündür uşaqlar məktəbdə donur. Sinif otaqlarında oturmaq qeyri-mümkündür. Bu elə bil terroru hadisəsinə bərabərdir”.

Şikayətçilərin sözlərinə görə, rayon elektrik şəbəkəsinin müdiri Şahid Tahirov bu kəndlərə məxsusu transformatoru hansısa məmurun fermasına aparıb və əvəzinə yenisini gətirib: “Yeni gətirdikləri tranfarmator da heç bir işə yaramır. İki gündür təmir adı altında bizi işıqsız saxlayıblar”.

Məsələ ilə bağlı Ş. Tahirovla əlaqə saxladıq. O, bildirdi ki. dünəndən etibarən transformatorda problem olduğu üçün kəndin işıqları sönüb: “Biz dünəndən etibarən nə qədər çalışsaq da işığı bərpa edə bilmədik. Ona görə də bu gün Şirvan şəhərindən mütəxəssislər gəlib və hazırda bərpa işləri gedir. İşin nə zaman yekunlaşacağını isə hələ ki, bilmirik”.

Gülnar