İki hakim işdən çıxarıldı

iki-hakim-isden-cixarildi
Oxunma sayı: 4745

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən tədbirdə bildirilib ki, Fərmanın icrasından irəli gələn məsələlər dərhal bütün apellyasiya məhkəmələri sədrlərinin, hakim assosiasiyaları rəhbərlərinin, vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə Şurada geniş müzakirə edilərək kompleks tədbirlər müəyyən olunub.

İclasda hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə Şurada “Qaynar Xətt”in yaradılması, zəruri layihələrin hazırlanması vurğulanıb. Qeyd edilib ki, məhkəmələrdə monitorinqlər keçirilərək qeyri-prosessual münasibətlərə şərait yaradan və vətəndaşların haqlı narazılığını doğuran pozuntular yerində dərhal aradan qaldırılıb, daha kobud nöqsanlara yol vermiş 2 hakim barədə intizam icraatı başlanılıb.

Şurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib, o cümlədən Tərtər rayon məhkəməsinin hakimi Mübariz Məmmədovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Quba rayon məhkəməsinin hakimi Zamin Tahirovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar qəbul edilib.