İki həmkəndli dalaşdı, biri öldü

iki-hemkendli-dalasdi-biri-oldu
Oxunma sayı: 643

Gədəbəydə kənd sakinləri arasında dava ölümlə nəticələnib.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.
 
Kənd sakini,  47 yaşlı Telman Qurbanovla həmkəndlisi Kamil Muxtarov arasında dava düşüb. Nəticədə T. Qurbanov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. K. Muxtarov saxlanılaraq istintaqa təhvil verilib.
 
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır