İki hərbçimiz öldü

iki-herbcimiz-oldu
Oxunma sayı: 661

Etibarlı mənbənin "Trend"ə verdiyi məlumata görə, hərbi hissənin mayoru, 35 yaşlı İbrahimov Aftandil Ağamalı oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə xidmət yerinə gedərkən yol qəzasına düşüb.
Lənkəran sakini olan İbrahimov aldığı xəsarətdən hadisə yerində həlak olub.

Həmin hərbi hissənin əsgəri Hüseynli Sakit Aslan oğlu isə xidməti silahı ilə özünü vuraraq intihar edib.
1993-cü il təvəllüdlü, Lənkəran rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Hüseynli aldığı xəsarətdən dünyasını dəyişib.

Hər iki hadisə ilə bağlı cinayət işi başlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev "Trend"ə hər iki faktı təsdiqləyib.