İki kəndə hücum edildi - 30 ölü

iki-kende-hucum-edildi
Oxunma sayı: 2507

Nigeriyanın şimal-qərbində silahlı qruplaşma iki kəndə hücum edib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Zamfara əyalətinin Kabaro və Danmani kəndlərinə edilən hücumlarda 30 nəfər ölüb.

Əhali qorxudan kəndi tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, bölgədə çobanlar ilə fermerlər arasında tez-tez şiddətli qarşıdurmalar olur. Fulani çobanlarının xristianların əksəriyyət təşkil etdiyi cənub bölgələrində 18-ci əsr İslam alimi Şeyx Osman Dan Fodionun görüşlərini yaymağa çalışdıqları irəli sürülür.