İki Kollec Təhsil Nazirliyindən alındı

İki Kollec Təhsil Nazirliyindən alındı
Oxunma sayı: 274

Gün.Az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunlar Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Dövlət Texniki Kollecidir. Sözügedən təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilib.

Qərar “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.11-ci bəndinə əsasən və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təklifi nəzərə alınmaqla qəbul edilib.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Orta ixtisas təhsili müəssisələri” bölməsinin 7-ci və 8-ci hissələri ləğv edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi