İki küsülü rəqqasə bir arada - Video

iki-kusulu-reqqase-bir-arada-video
Oxunma sayı: 698

“Qafqazinfo”nun məlumatına görə, həmişəkindən fərqli olaraq bu dəfə ulduz döyüşünə müğənnilər deyil, rəqqasələr çıxacaq. İki küsülü rəqqasə -Oksana Rəsulova və Fatimə Fətəliyeva yenidən qarşı-qarşıya gələcək.

Onların illər boyu göstərdiyi fəaliyyət və dəyərli ekspertlərin fikri bu iki gözəl xanım arasında “Super kimdir?” sualını cavablandıracaq. Oksana və Fatimənin performans tərəzisindəki çəkisi və kimin qalib olacağını bilmək istəyənlər bu gün saat 22:15-də Lider TV-də “Super kimdir?” verilişinə baxmalı olacaqlar.

Xatırladaq ki, “Super kimdir?” verilişinin rejissoru və aparıcısı Novruz Məmmədov, baş redaktoru Ülviyyə Alovludur.