İki maşın toqquşdu, ölən var

iki-masin-toqqusdu-olen-var
Oxunma sayı: 1848

Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə axşam saatlarında Kürdəmirin Mollakənd kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza nəticəsində sürücülərdən biri - 1986-cı il təvəllüdlü Ağayev Emin Aldost oğlu hadisə yerində ölüb. Zərbənin təsirindən hər iki maşın yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu