İki maşın toqquşdu, sürücü xəsarət aldı

iki-masin-toqqusdu-surucu-xesaret-aldi
Oxunma sayı: 854

Gəncədə iki avtomobil toqquşub, sürücü xəsarət alıb.

"Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə Əttarlar və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106"və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində “VAZ 2106”nın sürücüsü 1974-cü il təvəllüdlü Abdullayev Elsevər Əlövsət oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki bu gün axşam saatlarında həmin ərazidə NİVA markalı avtomobil qadın piyadanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli