İki maşın toqquşdu, sürücü yaralandı

İki maşın toqquşdu, sürücü yaralandı
Oxunma sayı: 330

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21015” ilə “Reno” markalı avtomobillərin toqquşması nəticəsində “Reno”nun sürücüsü Nihad Mehdiyev xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən araşdırma aparılır.

Elmar Əli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi