İki maşın toqquşdu, xəsarət alan var - Fotolar

iki-masin-toqqusdu-xesaret-alan-var
Oxunma sayı: 1317

Gəncənin şərq çıxışında yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo"nun verdiyi məlumata görə, Samux rayon sakini, 1979-cu il təvəllüdlü Kamaləddin Xəlilovun idarə etdiyi "VAZ 21011" markalı avtomobillə İmişili rayon sakini, 1989-cu il təvəllüdlü Emin Ələkbərovun idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub. 

İlkin məlumatlara görə, hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan 30 yaşlı sərnişin Toma Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Elmar Əli