İki məktəbin yolu ilə bağlı problem aşkarlanıb

iki-mektebin-yolu-ile-bagli-problem-askarlanib
Oxunma sayı: 1484

Bakı Nəqliyyat Agentliyi Təhsil Nazirliyi ilə birgə 189 və 190 nömrəli orta məktəblərin ətrafında nəqliyyat şəraitinin öyrənilməsi, yol infrastrukturunun yaxşılaşdırılması və ən əsası piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə araşdırma aparıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, əldə edilən nəticələr əsasında pilot təklif layihəsi hazırlayıb. Qeyd edilən ərazidə bir sıra nəqliyyat problemləri aşkar edilib ki, bu cür hallar piyadaların iştirakı ilə hər hansı yol nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxara bilər.

Aşkar edilən çatışmazlıqlar

Səkilərdə və yolun ikinci hərəkət zolağında qanunsuz parklanmalar;
Xəbərdarlıq nişanlarının zəruri sayda olmaması;
Məlumatverici nişanlar və məktəb ilə əlaqədar yol nişanlanmalarında çatışmazlıqlar var;
Fiziki imkanları məhdud olan insanlar üçün əlverişli şəraitin qənaətbəxş olmaması;
Qeyri-rasional yol istiqamətləri sürücüləri çaşdırır və çoxsaylı qayda pozuntusuna şərait yaradır;
Uşaqların şəxsi nəqliyyat vasitələrinə mindirilməsi və düşürülməsi üçün xüsusi ərazilər ayrılmayıb;
Ətraf küçələrdə sürət həddinin nisbətən yüksək olması.

Qeyd edək ki, 189 və190 nömrəli orta məktəblərin ətrafında piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol infrastrukturunda və yol hərəkətinin təşkilinə dair pilot təkliflər layihəsi Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi komissiyasında baxılaraq təsdiq edilib. Yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyin koordinasiyası ilə nəzərdə tutulan dəyişikliklərin edilməsinə başlanılacaq.