İki “Mercedes” toqquşdu, sərnişin öldü

İki “Mercedes” toqquşdu, sərnişin öldü
Oxunma sayı: 874

Neftçala rayonunun Kürqarabucaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 11-də saat 13 radələrində qeydə alınıb. Rayon sakinləri F.Səfərovun və R.Fərəcovun idarə etdikləri 2 “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə R.Fərəcovun sərnişinlərindən həmyerlisi Toğrul Fərəcov hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi