İki merə hücum olub, biri ölüb

iki-mere-hucum-olub-biri-olub
Oxunma sayı: 1030

Meksikada iki şəhər meri silahlı hücuma məruz qalıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kolima ştatının baş prokuroru İkstlaukan şəhərinin meri Krispin Quterresin  avtomobilində güllələndiyini bildirib.

Digər hadisə Miçoakan ştatının Kaolkoman şəhərində qeydə alınıb. Hücum nəticəsində Hose Misael Qonsales döş qəfəsində güllə yarası alıb. O, hazırda xəstəxanadadır və vəziyyətinin stabil olduğu bildirilir.

Cinayətkarların yaxalanması üçün əməliyyatlar davam edir.