İki mərtəbəli ev yandı, icra başçısı gəldi

iki-mertebeli-ev-yandi-icra-bascisi-geldi
Oxunma sayı: 2497

Ucarda iki mərtəbəli ev yanıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov  küçəsində qeydə alınıb. Şəhər sakini Nofəl Həsənova məxsus iki mərtəbəli 5 otaqli evdə başlayan yanğın qısa müddətdə alovlanaraq bütün evi əhatə edib.

Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədov da yanğın olan evə gəlib.

Rəşad Türkoğlu