İki məşhur aktyor arasında qalmaqal

iki-meshur-aktyor-arasinda-qalmaqal
Oxunma sayı: 2567

Türkiyənin tanınmış iki aktyoru- Cihat Tamer və Əmrah arasında qalmaqal yaşanıb. “Qafqazinfo” xəbər verir ki, gərginlik C. Tamerin Əmraha “aktyorluqla əlaqən yoxdur” deməsindən sonra başlayıb. 

Əmrah sosial mediada həmkarını sərt bir şəkildə tənqid edib: “Özünü sənətə, teatra həsr edən bu şəxs hörmətə layiq deyil. Həmin insan əvvələr də, mənim haqqımda açıqlamalar verib. Yaşına olan hörmətimdən cavab vermədim. Ancaq dayanmadı, yenə mənim haqqımda danışdı. Belə daşa düşürəm ki, Cihat Tamerin işi-gücü yoxdur. Heyf, onun bu vəziyyətinə çox kədərlənirəm. Təbii ki, evdə oturub prodüserlərin ona zəng vuracaqlarını düşünmək çətindir. Sənin taleyin budur, Allah köməyin olsun. İnsanlar indi səni xatırlayar, iş tapmağında köməklik göstərərlər” .

Sözügedən açıqlamadan sonra C. Tamer  “İki sayfa” proqramına telefonla bağlanaraq Əmraha cavab verib:

“Qurd qocalanda itlərin mövzusu olur. Mən onun haqqında başqa bir şey demirəm. Bu günə kimi Əmrahın fikirlərinə önəm verməmişəm. Əvvəllər bir layihədə atasını oynamağım barədə rol təklifi gəlmişdi, qəbul etməmişdim. Demişdim ki, Əmrahla rol almaq istəmirəm. Məncə aktyor olmaq asan bir şey deyil”.