İki məşhur aktyor barədə şok iddia

iki-meshur-aktyor-barede-sok-iddia
Oxunma sayı: 2725

Amerikanın əfsanəvi komediya aktyoru Riçard Prayorun xanımı Cenifer Le qalmaqallı açıqlama verib.  “Qafqazinfo” xəbər verir ki, TMZ.com-a danışan mərhum aktyorun həyat yoldaşı ərinin ona aktyor Marlon Brando ilə xəyanət etdiyini bildirib. 

O, 1970-ci illərdə Riçardın həmcinsi ilə cinsi münasibətdə olduğunu qeyd edib:

“O vaxtlar narkotik çox dəbə düşmüşdü. Kokainin təsirindən hər şey edə bilərdi. Riçardla Marlon narkotikin təsiri ilə seks edib.  Amma maraqlısı budur ki, ərim bu münasibətdən heç vaxt utanmayıb”.