İki məşhur brend birləşdi

iki-meshur-brend-birlesdi
Oxunma sayı: 1630

Almaniyanın məşhur avtomobil istehsalçısı “Volkswagen” yük maşınları və avtobus brendləri olan MAN və “Scania”nı birləşdirib.

“Qafqazinfo” Posta-ya istinadən xəbər verir ki, iki brendin daxil olduğu yeni brend isə “Traton Grup” adlandırılıb.

Bu addımın “Daimler” və “Volvo” ilə rəqabət aparmaq üçün atıldığı bildirilir.

Qeyd edək ki, “Volkswagen” ticarət avtomobilləri seqmentində “Ford Motor”la əməkdaşlıq niyyətində olduğunu da açıqlayıb.