İki məşhur müğənni küsülü imiş

iki-meshur-mugenni-kusulu-imis
Oxunma sayı: 2439

Əməkdar artistlər Elza Seyidcahan və Mətanət İsgəndərlinin küsülü olduğu ortaya çıxıb. “Qafqazinfo” xəbər verir ki, iki tanınmış sima arasında soyuqluq M. İsgəndərlinin qızının toyundan sonra baş verib:

“Elza Seyidcahan haqlı olaraq məndən inciyir. Amma bilərəkdən etməmişəm.  Görürəm ki, məndən yan gəzir, hiss edirəm. İncidiyini mənə demir. Bir adam toyda inciyisə, deməli, o şəxs səni çox istəmir. Toyda çox yorğun idim, özümdə deyildim. Məclisə gedəsən və sahibindən inciyəsən... Mən həyatı boyu belə şey etmərəm”. 

Daha sonra məlum olub ki, İsgəndərlinin qızı Ülkərin toyuna Elza Seyidcahan da gəlib.  

Lakin əməkdar artist məclisdə həmkarına diqqət göstərməyib, Elza sənətçinin bu münasibətindən inciyib.