İki məşhur rəfiqə düşmən oldu

iki-meshur-refiqe-dusmen-oldu
Oxunma sayı: 2305

Uzun müddətdir ki, rəfiqə olan Türkiyənin iki məşhur siması- Seren Serengil və Demet Akalın arasında soyuq küləklər əsməyə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, aparıcısı olduğu “Duymayan Kalmasın” proqramında hər zaman tərəfini tutan, rəfiqəsinin rəqibləri ilə düşmən olan Seren, Akalınla dostluq münasibətlərinə son qoyub. 

O, Gülbən Ərgənlə yaşadığı qalmaqaldan sonra həbs olunmasında əli olan vəkil Altın Mimirlə Demetin işbirliyini həzm edə bilməyib. 

Seren həmkarının sosial şəbəkədə hüquqşunasla əməkdaşlıq edəcəyini elan etməsinə etiraz edib, onu instaqramda izləmə siyahısından çıxarıb.