İki min manat cərimə

İki min manat cərimə
Oxunma sayı: 893

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qaradağ rayonu, Sahil qəsəbəsi, S.Balaqardaşov küçəsində ağac kəsintisi ilə bağlı şikayət daxil olub.

ETSN-dən “Qafqazinfo”ya verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Sözügedən ünvana keçirilən baxış zamanı diametri 20-24 sm olan 1 ədəd tut ağacının kəsildiyi aşkar edilib. Araşdırma zamanı ağacın Qaradağ rayonu, Sahil qəsəbə sakini Kamil Paşayev tərəfindən kəsildiyi və təbiətə 600 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində 2000 manat məbləğində cərimə olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi