İki min “Marlboro” aşkarlandı

iki-min-marlboro-askarlandi
Oxunma sayı: 1577

Gürcüstandan Azərbaycana qanunsuz olaraq siqaret gətirmək istəyən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. 

Baxış zamanı, həmin nəqliyyat vasitəsində gömrük nəzarətinə əvvəlcədən bəyan edilməyən 2000 ədəd "Marlboro" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd