İki min müəllimimiz rəsmi elektron poçt xidmətindən istifadə edir

iki-min-muellimimiz-resmi-elektron-poct-xidmetinden-istifade-edir
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, [email protected] elektron poçtu ilə müəllimlər Təhsil Nazirliyi, Microsoft Azərbaycan şirkətinin və Mədəd Azərbaycan təşkilatının birgə fəaliyyəti sayəsində “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təchiz olunublar.

Microsoft Azərbaycan şirkətinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində müəllimlərin poçt ünvanları teacher.edu.az domeni adı altında açılıb. Elektron poçt ünvanları Microsoft Live@Edu texnoloji platformasının bazasında işləyir.

Microsoft Azərbaycan şirkətinin Təhsildə Əməkdaşlıq Proqramının meneceri Emin Axundovun sözlərinə görə, [email protected] elektron poçtu ilə Dövlət Proqramı çərçivəsində təlimlərdən keçmiş, həmçinin “Elektron məktəb” layihəsinə qoşulmuş pilot məktəblərin müəllimlərinə təqdim edilir. Bu təşəbbüsün əsas məqsədi müəllimlər arasında internet vasitəsilə münasibətlərin dərinləşməsi və peşəkar informasiya mübadiləsinin yeni mərhələyə çatdırılmasıdır.

Nigar Məmmədli