İki nazir oğlu və Rza Zərrabın həbsi istənildi

iki-nazir-oglu-ve-rza-zerrabin-hebsi-istenildi
Oxunma sayı: 3220


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyatda  adları çəkilən 7 nəfər Yücəl Özçəlik, Ərcan Sağcılan, Mustafa Qaynar, Halil İbrahim Akaya, Adəm Dəlkeç, Cəmaləddin Happani və Murad Yılmaz isə prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər saxlanılıb. Prokurorluqda ifadələri alınan 21 nəfərdən 14-ü həbs edilmələri tələbi ilə məhkəmə qarşısına çıxarılıb. 7 nəfər isə sərbəst buraxılıb.

Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub.