İki nazirlik arasında müqavilə imzalandı

İki nazirlik arasında müqavilə imzalandı
Oxunma sayı: 724

Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi arasında təlim sahəsində qarşılıqlı tərəfdaşlıq və gələcək perspektivlərin müəyyənləşdirilməsi ilə əlaqədar əməkdaşlıq müqaviləsi imzalanıb. 

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov iştirak ediblər. 

Müqavilə tərəflər arasında əsas fəaliyyət istiqamətləri üzrə birgə təlim, seminar və digər tədbirlərin keçirilməsi, mütəxəssislərin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, metodiki dəstək və digər sahələr üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı məqsədi ilə imzalanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi