İki nəfəri asdılar

iki-neferi-asdilar
Oxunma sayı: 644

Ölüm hökmü 2011-ci ilin dekabrın 24-də səhər saatlarında Gilan vilayətinin Ləkən şəhərində icra olunub. Edam edilənlərdən biri 26 yaşlı Məhəmmədrza Talldır. Onun qardaşı da iki həftə öncə edam edilib. Dekabrın 25-də isə Əhvaz şəhərində bir nəfər dar ağacından asılıb. Ölüm hökmü Karun həbsxanasında icra olunub. Edam olunan şəxs Condi Şapur Universitetinin mexanika fakültəsinin tələbəsi Hadi Əmiridir. O, 2008-ci ildə bir nəfəri bıçaqlayaraq qətlə yetirib. Ailəsi Hadi Əmirinin bağışlanması üçün qətlə yetirilən şəxsin valideynlərinə müraciət etsələr də, nəticəsi olmayıb. Edam hökmü üç il həbsdən sonra hər iki tərəfin valideynlərinin gözü qarşısında həyata keçirilib.