İki nəfəri maşınla vurub öldürənə 10 il həbs verildi

iki-neferi-masinla-vurub-oldurene-10-il-hebs-verildi
Oxunma sayı: 635

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfəri maşınla vuraraq öldürməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Anar Səfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə A.Səfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-cı il sentyabr ayında Sabunçu rayonu Məhəmmədi kəndində baş verib. 1988-ci il təvəllüdlü Səfərov Anar Möhübbət oğlu idarə etdiyi "AzSamand" ilə 3 nəfəri vurub. Nəticədə 1991-ci il təvəllüdlü Salmanov Ərzuman Hidayət oğlu və 1988-ci ildə anadan olmuş Əliyev Elçin Zirəddin oğlu hadisə yerindəcə keçiniblər. Ağır xəsarət alan 1991-ci il təvəllüdlü Zahidov Elbrus Ağanəzər oğlu isə xstəxanaya yerləşdirilib.

Murad Əhməd